GRAND CATERING
Haqqımızda

G

15 iyul 2016-cı ildən etibarən müştərilərimizə ən mükəmməl olanı təqdim edirik.

“Grand Catering” Sənaye iaşə xidməti, korporativ və özəl tədbirlərin təşkili, və həmçinin çamaşırxana təmizlik xidməti sahələrində fəaliyyət göstərir. Bu gün biz Azərbaycanın iaşə bazarında, ən nüfuzlu və sürətlə inkişaf edən şirkətlər sırasındayıq.

Şirkətimizdə hal-hazırda 400-dən çox işçi fəaliyyət göstərməkdədir ki, bunlar sertifikatlı Aşpazlar, professional və mehriban işçilər, eyni zamanda çox illik təcrübəyə malik olan Menecment komandasından ibarətdir.

Yarandığımız gündən etibarən qazandığımız yüksək etimad və inam, bizə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC – 104 gəmidə iaşə xidməti, “Gilan Holding”, “Syntax”, “Azərbaycan Dövlət Dəniz Akademiyası”, “Marine Technical Solutions”, “Socar AQS”, “ECON Group of Companies”, “Samsung Engineering CO Ltd.” və “Socar Karbamid Zavodu” kimi Azərbaycanın ən nüfuzlu şirkətləri ilə biznes əməkdaşlığımızı uğurlu şəkildə davam etdirməyə zəmin yaradır.

“Grand Catering” olaraq hər zaman ən mükəmməli üçün çalışırıq və ISO 22000:2005 (Qida Təhlükəsizliyinin İdarəetmə Sistemi), ISO 9001:2015 (Keyfiyyətin İdarə olunması) və OHSAS 18001:2007 (İş sağlamlığı və Təhlükəsizliyi Sistemi) kimi beynəlxalq sertifikatları əldə etməklə öz işimizdə Avropa standartlarını tətbiq edirik.

Çalışdığımız müddət ərzində “Grand Catering” adı yüksək keyfiyyətli xidmət, peşəkarlıq, ciddi nəzarət edilmiş qida məhsulları və uğurlu təşkilata sinonim kimi göstərilmiş, və bu da öz növbəsində bizi nüfuzlu və inamlı iaşə xidməti göstərən şirkət olaraq təsdiqləmişdir.

Select Your Language: ruRussianenEnglishazAzərbaycan