GRAND CATERING
Xidmətlərimiz

1 Sənaye İaşə Xidməti-“Grand Catering” şirkəti olaraq “Sənaye iaşə xidməti” əsas və prioritet fəaliyyət sahələrimizdən biridir. Əməkdaşlarımızın bu sahədə olan 10 ildən artıq iş təcrübələri, müxtəlif yerli və beynəlxalq sertifikatlara layiq görülmələri, o cümlədən müntəzəm olaraq davam edən təlim proqramlarında iştirak etmələri, bizə göstərdiyimiz xidmətin keyfiyyətinə və biznes tərəfdaşlarımızla yaradılan uzunmüddətli uğurlu əməkdaşlığa zəmanət verir. “Grand Catering” aşağıda göstərilən sənaye iaşə xidmətlərini (işçilərin qidalanmasını) istər sizin müəssisənizin mətbəxində və ya çatdırılma vasitəsilə həyata keçirir.

  • Zavod və fabriklər
  • Gəmilər
  • Suda və quruda yerləşən platformalar
  • İnşaat sahələri
  • Şirkət və Holdinglərin əsas ofis binaları və.s

2 Təhsil müəssisələri üçün iaşə xidməti-“Grand Catering” Azərbaycanın regionlarında və paytaxtda yerləşən müxtəlif təhsil müəssisələrində onların şagird və tələbə, həmçinin müəllim və idarə heyəti üçün iaşə xidmətləri göstərməkdədir. Şagirdlərimizin sağlam inkişafı bizim üçün hər zaman prioritetdir və biz bunu düşünərək, menyularımızda təbii məhsullardan, bol meyvə və tərəvəzlərdən istifadə edərək gələcək nəsillərin sağlam inkişafına dəstək oluruq.

3 Korporativ tədbirlərin təşkili-“Grand Catering” Dövlət və özəl şirkətlərin korporativ tədbirlərinin iaşə xidməti sahəsində fəaliyyət göstərir. Şirkətimiz aşağıda qeyd olunan xidmətlərin professional şəkildə təşkilini həyata keçirir.

  • Dövlət və özəl müəssisələrin açılış mərasimləri
  • Bank və filiallarının açılışı
  • Korporativ il dönümləri
  • Məhsul tanıtımı üçün furşetlər və.s

4  Özəl tədbirlərin təşkili -“Grand Catering” şirkətinin xidmət sahələrində yer alan “Özəl tədbirlərin təşkili” müştərilərimizin özəl günlərini (Ad günləri, həftəsonu yığıncaqları, yubileylər və xüsusi dəvətlərin) təşkilini həyata keçirərək sizin və qonaqlarınızın xoş istirahət etməsinə imkan yaradır.

5Çamaşırxana və Təmizlik xidməti – “Grand Catering” zavod ve fabriklərdə çalışan fəhlələrin uniforma, özəl və dövlət müəssisələrin çamaşırxana və təmizlik xidmətlərini həyata keçirir.Təmizlik zamanı yüksək keyfiyyətli təmizləyici məhsullardan istifadə olunmaqla və eyni zamanda işçilərin sağlamlıqı və müəssisənizin təhlükəsizliyi tam şəkildə qorunur. Şirkətimiz restoran və hotellərin həmçinin digər müəssisələrin çamaşırxana xidmətlərini həyata keçirir.

  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering (29)
    anemptytextlline
  • Grand Catering (28)
    anemptytextlline
  • Grand Catering (30)
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
  • Grand Catering
    anemptytextlline
Saytın dilini seçin: ruRussianenEnglishazAzərbaycan